Almaniya 2-ci Bundesliqasında 10-cu turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Toğrul Eratın  şərəfini qoruduğu Dusseldorf "Fortuna"sı  da növbəti matçına çıxıb.
Adıçəkilən komanda səfərdə “Kayzerslautern”lə üz-üzə gəlib. Görüş qonaqların 0:3 hesablı məğlubiyyəti ilə başa çatıb. Eratın adı bu matçın iştirak ərizəsində yer alsa da, o, sona qədər ehtiyat oyunçular skamyasında qalıb.
Qeyd edək ki, “Fortuna” 6 xalla 16-cı pillədə qərarlaşıb.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp