Topaz Premyer Liqasında VII turu qarşılaşmaları davam edir. Futbolinfo.az xəbər verir ki, ikinci oyun günündə daha 1 görüş baş tutub. 
Günün yeganə start fiti paytaxt da səslənib. "Neftçi" səfərdə debütand "Zirə"nin qonağı olub. Ötən tur son çempion "Qarabağ"a (1:1) qarşı yaxşı oyunu ilə diqqət çəkən "ağ-qaralar" bu matça 3 xal üçün çıxmışdı.
Zirə təmsilçisi üçün də vəziyyət eynidi demək olardı. Cari mövsüm məğlubiyyət üzü görməyən "qartallar" ilk dəfə üz-üzə gələcəkləri bu rəqiblə oyunda da uğurlu seriyanı davam etdirmək niyyətində idi. Və zirəlilər bu dəfə də meydanı üstün tərəf kimi tərk edib – 2:0.
Topaz Premyer Liqası
VII tur
3 oktyabr (şənbə)
“Zirə” – “Neftçi” 2:0 
QOL: İ. İvanoviç, 19, N. Bonilla, 72
Qırmızı vərəqə: Fəhmin Muradbəyli, 47 ("Neftçi")
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Ömər Paşayev 
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Hakim-inspektor: Məlik Həsənov 
Zirə  İdman Kompleksinin stadionu
 
“Zirə”: 1. Anar Nəzirov, 39. Sadiq Quliyev, 37. Yovan Krneta, 13. Aleksandr Şemonayev, 5. Adil Nağıyev, 11. Viktor İqbekoyi, 8. Tərzin Cahangirov, 10. İqor İvanoviç, 32. Luis Alberto Diez, 27. Rəşad Abdullayev (k), 9. Nelson Bonilla.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 77. Ruslan Poladov, 28. Təmkin Xəlilzadə, 6. Hacı Əhmədov, 7. Rihairo, 2. Çimezi Mbah ,96. Elgün Nəbiyev.
Baş məşqçi: Adil Şükürov.
“Neftçi”: 1. Aqil Məmmədov (k), 4. Rahil Məmmədov, 5. Juan Alberto, 6. Aylton Silva, 8. Elşən Abdullayev, 11. Ruslan Qurbanov, 15. Erik Ramos, 17. Rəhman Hacıyev, 19. Fəhmin Muradbəyli, 20. Antonio Quinta, 27. Məqsəd İsayev.
Ehtiyat oyunçular: 24. Miçal Peskoviç, 14. Məhəmməd Qurbanov, 18. Kaue da Silva, 21. Samir Məsimov, 26. Kamal Qurbanov, 16. Əziz Quliyev , 3. Filyo Jairo Rodriges.
Baş məşqçi: Samir Əliyev.
 
 
N Klublar O Q H M T-F X
1 Zirə 7 4 3 0 7-2 15
2 Qarabağ 6 4 2 0 11-6 14
3 İnter 6 4 1 1 5-3 13
4 Qəbələ 6 4 1 1 10-4 13
5 Neftçi 7 2 3 2 7-7 9
6 Xəzər Lənkəran 6 1 3 2 5-5 6
7 Kəpəz 6 1 2 3 4-6 5
8 AZAL 7 1 1 5 2-8 4
9 Sumqayıt 6 0 4 2 3-5 4
10 Rəvan 7 0 2 5 4-12 2

 

Bombardirlər: 

Rahid Əmirquliyev ("Xəzər Lənkəran") – 3 qol
Dieqo Martins ("İnter") – 3 qol
Aleksey Qay ("Qəbələ") – 3 qol
Riçard Almeyda ("Qarabağ") – 3 qol

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp