Dünən “AZAL Arena”da meydana “Zenit” və “Qalatasaray” çıxmışdı. Və peterburqlular ilk dəqiqələrdə vurulan yeganə qolla matşı qalib bitirdi.
Təbii ki, bu, bir zarafatdı. 90 izləməyə məcbur olduğumuz zövq verməyən matçda  meydana AZAL-la “Rəvan” çıxmışdı. Və onları yalnız oxşar formalarına görə qonşu ölkələrin adlı-sanlı komandalarına bənzətmək olurdu. Mavi geymli “təyyarəçilər” mövsümdə ikinci dəfə gürcü legionerinin vurduğu qola sevinib ilk qələbəsini qazandısa, “sarı qırmızılılar” son pilləyə yuvarlandı.
Oyun haqda danışmalı, yazmalı heç nə yoxdu. Adi, səviyyəsi aşağı divizona yaraşan bir matç idi. İfaşılar, komandaların durumu onları Premyer Liqaya yaraşdırmağa imkan vermir. Ancaq məşqçilərlə bağlı bir-iki nüans var ki, toxunmağa dəyər.
terlan 22 - Futbolinfo.az
AZAL-ın baş məşqçisi Tərlan Əhmədov yun boyu qışqırdı, yetirmələrinə göstəriş verdi, baxımlı oyunu nəticəyə qurban verdi və istəyinə çatdı. Onun futbolçular səhv edərkən onlara irad tutmasının ardından dedikləri də çox maraqlı idi: “200 manatlıq futbolçulardan nə istəyirəm, eee?”
Əhmədovun tez-tez hakimlərə irad tutması, rəqib kobud oynayarkən ədalət təmsilçilərini ələ salması da diqqət çəkirdi: “Yox, vərəqə vermə, lazım deyil; Bəlkə heç vərəqən yoxdu”. Onun öz oyunçularına verilən hər “sarı”ya reaksiyası da maraqlı idi: “Say düzəldirlər. Heç olmasa, 4 sarı vərəqə verməlidilər ki, AFFA bizi 1000 manat cərimələsin”.
3829396560ea4fa6a5cb - Futbolinfo.az
Sakit Emin Quliyevi əsəb içəridən boğurdu. Onun oyunçulara sərt irad bildirməsi gözdən qaçmırdı, amma o, qışqırmağa ehtiyac durmurdu. Ancaq dəqiq görünürdü ki, ehtiyat oyunçular skamyasının tək ağası deyil, çünki köməkçisi Rövşən Babayev ondan fəal görünür, taktiki göstərişlər verirdi.
Matçdan sonra CBC-ə müsahibə verməkdən imtina edən Quliyev mətbuat konfransına da gəlmədi. Onu əvəzləyən köməkçisi Emin bəyin səhhətinin pisləşdiyini dedi, biz də dəqiqləşdirdik ki, həqiqətən də təzyiqi yerindən oynayıb. Yəqin bu matçın onun postunda qalması baxımından son şansın olması da ümumi əhvala təsir etmişdi. Axı, Quliyevin dərdi təkcə meydanda deyildi. Son günlər “Rəvan”ın əlindəki PRO kateqorisı ilə nə bilim neçənci dəfə baş məşqçi postunu tutmağa çalışaqn əbədi əvəzləyici baş məşqçisi Bəhmən Həsənov da fəallaşıb. O, Şüvəlandakı görüşdə də klub rəhbərliyinin sağından girib solundan çıxırdı. Stadiondan klubun ofisinə, son oyunu müzakirə etmək üçün də o, rəhbərliyin maşınında yollandı.
Beləcə “Zenit” – “Qalatasaray” görüşü meydan sahiblərinin qələbəsi ilə başa çatdı. Hazırda “aslanlar” çətin durumdan çıxmağın yollarını arayırlar. Az öncə Quliyev klubun ofisinə çağrılıb. Yəqin ki, onu yola salıb dahi Həsənovu komandaya baş məşqçi qoyacaqlar. Axı, Nuru Əliyevi bu durumdan ancaq uzaq qohumu xilas edə bilər…
FƏRİD
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp