AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi oktyabrın 10-da, saat 21:00-da, Bakı Olimpiya stadionunda İtaliya ilə qarşılaşacaq. Futbolinfo.az xəbər verir ki, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) bu oyunla əlaqədar 2 vacib məlumatı azarkeşlərin diqqətinə çatdırır:
"- Oyunun başlanmasına 4 saat qalmış Bakı Olimpiya Stadionuna gələcək azarkeşlər İtaliya Futbol Federasiyası tərəfindən Bakıya gətiriləcək Dünya kuboku ilə şəkil çəkdirmək imkanı qazanacaqlar
– Bakı Olimpiya Stadionunun avtomobil dayanacağında cəmi 2500 avtomobilin parklanması üçün yer olduğuna görə, oyuna daha tez gələn azarkeşlər avtomobilini orada saxlaya biləcək və nəqliyyat vasitələrinə dayanacaqda nəzarət olunacaq".
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp