“Xəzər Lənkəran”ın fəxri prezidenti və sahibi Mübariz Mənsimov klubdan imtina edə bilər. Cənub təmsilçisinə pul ayırmaqdan bezən iş adamının bu haqda ciddi fikirləşdiyi haqda məlumat eldə etmişik.
Bizdə olan bilgiyə görə, Mənsimovu bu fikrə düşməyə komandanın ardıcıl uğursuzluğu, klub idarəçiliyinin yarıtmazlığı vadar edib. Heç vaxt “Xəzər Lənkəran”dan maddi dəstəyini əsirgəməyən Mübariz bəy klubu tapşırdığı adamların işi bacarmaması üzündən bu addımı atır. Klub prezidenti Mais Mənsimovdan bezən qardaş məhz onun üzündən futboldan iyrənib.
Mais bəyin vitse-prezident Tuyqun Nadirovla birləşərək klubu miskin duruma salması, ayrılan böyük maliyyənin nəticədə əksini tapmaması, əksinə, ardıcıl sanksiyalar, qadağalar gətirməsi onu cana doydurub. Bu üzdən çoxdan futbola ciddi diqqət ayırmayan fəxri prezident klubu dolandırmaq üçün qardaşına tapşırdığı “PalSüd”ün də iflas həddində olmasını görərək meydandan çəkilmək fikrinə düşüb. Onun qərarının qış fasiləsi dövründə açıqlanacağı gözlənilir.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp