Bu gün Topaz Premyer Liqasında VII turu növbəti oyunu keçirilib. Futbolinfo.az xəbər verir ki, "Neftçi" səfərdə "Zirə"yə 0:2 hesabı ilə uduzub.
Matçdan sonra keçirilən mətbuat konfransında açıqlama verən ev sahibi komandanın baş məşqçisi Adil Şükürov qələbəni belə şərh edib:
“İlk növbədə komandamızı təbrik edir, belə ağır oyunda bizə dəstək olduqlarına görə isə azarkeşlərə minnətdarlığımı bildirirəm. Azərbaycanın ən güclü komandalarından birinə  qarşı oynadıq. Belə bir matçda futbolçularım verilən bütün tapşırıqları yerinə yetirdilər. Biz bütün oyunları təhlil edir, oyunlara planlı şəkildə çıxırıq. “Neftçi”nin də güclü və zəif tərəflərini bilirdik”.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp