Topaz Premyer Liqasının 7-ci turu çərçivəsində keçirilən “Zirə” – “Neftçi” qarşılaşmasının ilk hissəsinin sonlarına yaxın qonaq komandanın azarkeşləri Samir Əliyev üçün şüar səsləndirib. Futbolinfo.az xəbər verir ki, “ağ-qaralar”ın azarkeşləri “zamena! zamena!”, qışqıraraq, Əliyevi Ruslan Qurbanovu əvəzləməyə çağırıblar.
 
Buna səbəb Ayltonun uzun reydindən sonra etdiyi ötürməyə dağıstanlı futbolçunun topa kor-təbii zərbə endirməsi olub.
 
Qeyd edək ki, qarşılaşma “Zirə”nin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp