“Zirə” Olimpiya Kompleksində Topaz Premyer Liqasının 7-ci turu çərçivəsində keçirilən “Zirə” – “Neftçi” oyununda meydan sahibləri fərqi ikiyə çıxardıqdan sonra, “ağ-qaralar”ın bir qrup fanatı özündən çıxıb. Futbolinfo.az xəbər verir ki, “Neftçi”sevərlər klubun vitse-prezidenti Elnur Məmmədovun adını qışqıraraq, onu istefaya səsləyiblər.
 
Maraqlıdı ki, “Neftçi” hər dəfə büdrəyən kimi, klubun yeni rəhbərliyinə qarşı analoji şüarlar səslənir. Bunu təşkil edənlərin kimliyini isə hətta Zirədə pomidor yetişdirənlər də bilir.
 
Xatırladaq ki, “Zirə” – “Neftçi” matçı 2:0 hesabı ilə qəsəbə təmsilçisinin xeyrinə başa çatıb.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp