Türkiyə PTT 1-ci Liqasında 7-ci turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Kamran Ağayevin şərəfini qoruduğu "Karşıyaka" da növbəti matçına çıxıb. 
 
Adıçəkilən komanda doğma azarkeşlər önündə "Alanyaspor"la üz-üzə gəlib. Görüş  2:2 hesablı bərabərliklə başa çatıb. Ağayev bu oyunda da 90 dəqiqə forma geyinib.
 
Qeyd edək ki, "Karşıyaka" 6 xalla 12-ci pillədə qərarlaşıb.

 

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp