Türkiyə PTT 1-ci Liqasında 7-ci turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Ufuq Budaqın şərəfini qoruduğu “Qaziantep BB” də növbəti matçına çıxıb.
 
Adıçəkilən komanda səfərdə "Samsunspor"la üz-üzə gəlib. Görüş 0:0 bərabərliklə başa çatıb. Oyunu əvəzedilmədən keçirən müdafiəçimiz 75-ci dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.
 
Qeyd edək ki, “Qaziantep BB” 13 xalla 3-cü pillədə qərarlaşıb.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp