İspaniya La Liqasında 7-ci turun oyunları keçirilir. Futbolinfo.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Eddi İsrafilovun şərəfini qoruduğu “Eybar” da növbəti matçına çıxıb.
 
Adıçəkilən komanda səfərdə “Las Palmas”la üz-üzə gəlib. Görüş “Eybar”ın 2:0 hesablı qələbəsi ilə başa çatıb. Ehtiyat oyunçular skamyasında əyləşən İsrafilov isə meydana 69-cu dəqiqədə daxil olub.
 
Qeyd edək ki, “Eybar” 12 xalla 7-ci pillədə qərarlaşıb.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp