Ukrayna çempionatında 10-cu turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Pavel Paşayevin şərəfini qoruduğu "Metallurq" da növbəti matçına çıxıb.   
 
Adıçəkilən komanda doğma meydanda Donetsk “Olimpik”I ilə üz-üzə gəlib. Görüş Zaparoje təmsilçisinin 0:3 hesablı məğlubiyyəti ilə başa çatıb. Start heyətində meydanda çıxan Paşayev oyunu əvəzedilmədən keçirib. Müdafiəçi 32-ci dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.   
 
Qeyd edək ki, "Metallurq" 3 xalla 14-cü pillədə qərarlaşıb.

 

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp