“Qalatasaray” ulduz futbolçusu Uesli Sneyder ilə müqavilənin müddətini uzadıb. Futbolinfo.az xəbər verir ki, yarımmüdafiəçi ilə daha iki illik anlaşma əldə olunub.
 
Belə ki, bu gün “Türk Telekom Arena”da keçirilmiş imza mərasimində klub prezidenti Dursun Özbeklə birlikdə anlaşmaya imza atan Sneyder 2016-cı ildə bitəcək müqaviləsini 2018-ci ilə kimi uzadıb.
 
Qeyd edək ki, Sneyder 2013-cü ildən Türkiyə nəhəngində çıxış edir. 
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp