Almaniya 2-ci Bundesliqasında 10-cu turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Dimitri Nazarovun şərəfini qoruduğu "Karlsrue" də növbəti matçına çıxıb.   
 
Adıçəkilən komanda doğma meydanda "Frayburq"la üz-üzə gəlib. Görüş 1:1 hesablı bərabərliklə başa çatıb. Start heyətdə meydana çıxan Nazarov isə 81-ci dəqiqədə əvəzlənib. 
 
Qeyd edək ki, "Karlsrue" hazırda 9 xalla 14-cü pillədə qərarlaşıb.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp