Bu gün Topaz Premyer Liqasında VII tura yekun vurulur. Futbolinfo.az xəbər verir ki, "Qəbələ" öz meydanında "Xəzər Lənkəran"ı qəbul edəcək. 
Qəbələyə ezam olunmuş əməkdaşımızın verdiyi məlumata görə, hazırda sözügedən şəhərdə güclü yağış yağır. Lakin bu, matçın başlamasına heç bir maneçilik törətməyəcək. Bu barədə saytımıza açıqlamasında PFL-in mətbuat xidmətinin rəhbəri Aslan Şahgəldiyev məlumat verib.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp