Türkiyə PTT 1-ci Liqasında 7-ci turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, 21 yaşlılardan ibarət Azərbaycan millisinin üzvü Timur Təməltaşın şərəfini qoruduğu “Altınordu” da növbəti matçına çıxıb.
 
Adıçəkilən komanda doğma arenada "Elazığspor"la üz-üzə gəlib. Görüş ev sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Start heyətdə meydana çıxan yarımmüdafiəçimiz oyunu əvəzedilmədən keçirib. 
Qeyd edək ki, “Altınordu” 9 xalla 11-ci pillədə qərarlaşıb.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp