Azərbaycan milli komandasının və “İnter”in hücumçusu Rauf Əliyev üçün mövsüm başa çatıb. Futbolinfo.az saytının məlumatına görə, forvardın diz bağları qopub. 
Bu barədə saytımıza oyunçunun özü məlumat verib: “Əvvəl sadəcə, yan bağlar qopmuşdu. Ona görə də tez bir zamanda yaşıl meydançalara dönəcəyimi gözləyirdim. MRT nəticələrini Türkiyəyə göndərdik, özüm getdim-gəldim, daha sonra eyni şeyi Almaniyaya göndərdik və məlum oldu ki, çapraz bağlar qopub. Almaniyada əməliyyat olunmalıyam. Yaxın günlərdə səfərə çıxmalıyam. Amma hələ ki, dəqiq vaxtı bilmirəm, klubdan cavab gözləyirəm”.
Qeyd edək ki, Raufun ən yaxşı halda 6 aydan sonra futbol oynaya biləcək.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp