“Real”ın futbolçusu Dani Karvaxal zədələnib. Futbolinfo.az xəbər verir ki, bu barədə klubun rəsmi saytından məlumat yayılıb.
 
Belə ki, İspaniya La Liqasının 7-ci turunda "Atletiko" ilə matçda zədələnən Dani Karvaxal tibbi müayinədən keçib. sağ ayağı burxulan 23 yaşlı oyunçunun 3 həftə yaşıl meydanlardan uzaq qalacağı açıqlanıb.
Qeyd edək ki, Danin adı bu səbəbə görə İspaniya millisinin heyətindən çıxarılıb.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp