AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinin qonağı olacaq İtaliya yığmasının baş məşqçisi Antonio Konte mətbuata açıqlama verib. Futbolinfo.az xəbər verir ki, təcrübəli mütəxəssis yerli mətbuata millimizə qarşı keçirəcəkləri oyundan və heyətə çağırdığı futbolçulardan danışıb.
Konte bildirib ki, Azərbaycanla matç asan olmayacaq: “Mən 40 futbolçu arasında seçim etməliyəm. Çünki milliyə dəvət olunmalı bu qədər futbolçu var. Balotelli “Milan”da yaxşı çıxış edir. Eləcə də Florenzinin çıxışı diqqətləri özünə çəkib. Təbii ki, bütün bunlar nəzərə alınacaq. Komandamız hər oyundan oyuna inkişaf edir. Azərbaycanla matç heç də asan olmayacaq. Bu komanda son oyunlarda nəyə qadir olduğunu göstərdi. Bizim üçün Bakıda 3 xal olduqca vacibdi. Amma rəqib asan komanda deyil”.
 
Qeyd edək ki, bu görüş oktyabrın 10-da baş tutacaq.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp