AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində İtaliya millisi Bakıda Azərbaycan yığmasının qonağı olacaq. Futbolinfo.az xəbər verir ki, “Skudara Adzura”nın meneceri Qabriele Oriali bu matç haqqında yerli mətbuata danışıb.
O bildirib ki, həm Azərbaycanla, həm də Norveçlə matça xüsusi diqqət yetirmək lazımdı: “Hazırda bizi həssas və maraqlı oyunlar gözləyir. Heyətə çağırılan oyunçulara diqqət yetirdim. Hamısı öz klublarında yaxşı oyun göstərir. Biz həm Azərbaycanla, həm də Norveçlə matça xüsusi diqqət yetirməliyik. Çünki bu görüşlərdə qazanılacaq 6 xal bizi final mərhələsinə aparacaq. Ümid edirəm ki, hər şey istədiyimiz kimi olacaq”.
Qeyd edək ki, bu görüş oktyabrın 10-da baş tutacaq.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp