FİFA-nın transfer qadağası səbəbindən yeni transferlərini bir-bir itirən “Xəzər Lənkəran”ı daha bir futbolçu tərk edib. Futbolinfo.az xəbər verir ki, polşalı qapıçı Pavel Kapsa da vətəninə qayıdıb.
 
Bu barədə saytımıza qolkiper özü məlumat verib. Kapsa bildirib ki, vətənində İdman Arbitraj Məhkəməsinin (CAS) qərarını gözləyir: “Hazirda Polşadayam. CAS-ın qərarını gözləyirəm. Əgər müsbət qərar olarsa, Lənkərana qayıdacam”.
Qeyd edək ki, bu yay Lənkəran klubuna keçən 32 yaşlı qolkiper 2013-cü idən "Simurq"da çıxış edirdi. 
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp