Bir neçə gün əvvəl Azərbaycan millisinin heyətinə dəvət alan "Qarabağ"ın futbolçusu Cavid Tağıyev zədəli olduğu üçün yığmadan kənarlaşdırılıb. Futbolinfo.az xəbər verir ki, 23 yaşlı futbolçunun neçə müddət yaşıl meydanlardan uzaq qalacağı bəlli olub.
Bu barədə məlumatı saytımıza açıqlamasında Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov verib. O bildirib ki, Tağıyev 3 həftə komandasına kömək edə bilməyəcək.
Qeyd edək ki, Cavid Topaz Premyer Liqasında "Zirə" və "Sumqayıt"la matçları buraxmalı olacaq. O, həmçinin "Monako" ilə Avroliqa matçında da "atlılar"a kpmək edə bilməyəcək.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp