AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi ilə qarşılaşacaq İtaliya yığmasının üzvü Roberto Soriano yerli mətbuata açıqlama verib. Futbolinfo.az xəbər verir ki, “Sampdoriya” klubunda uğurlu çıxışı ilə baş məşqçi Antonio Kontenin diqqətini cəlb edib, milli komandaya çağırılan 24 yaşlı futbolçu qarşıdakı seçmə mərhələ oyunlarını həddən artıq vacib qarşılaşma adlandırıb:
“Bizim üçün Azərbaycanla da, Norveçlə də matç çox önəmlidi. Bu 2 vacib qarşılaşmada qələbə qazanmalıyıq. Antonio Konteyə məni milliyə çağırdığı üçün təşəkkür edirəm. Ümid edirəm ki, etimadı doğruldacam”.
Qeyd edək ki, bu görüş oktyabrın 10-da baş tutacaq.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp