İspaniya millisinin müdafiəçisi Serxio Ramos AÇ-2016-nın seçmə mərhələsində Lüksemburq və Ukraynaya qarşı matçlarda iştirak etməyəcək. Futbolinfo.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.
 
Mənbədən bildirilir ki, buna səbəb onun çiynində ağrı hiss etməsidi. Ramosun adı millinin heyətindən çıxarılıb. 
 
Qeyd edək ki, baş məşqçi Visente del Boske 29 yaşlı təcrübəli futbolçunun əvəzinə “Real”ın digər üzvü Naço Fernandesi milliyə çağırıb.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp