"Barselona"nın Arda Turana görə FİFA-ya etdiyi müraciət dünyanın ali futbol qurumu tərəfindən rədd edilməsinə baxmayaraq kataloniyalılar növbəti həmləyə hazırlaşır. Futbolinfo.az xəbər verir ki, Kataloniya təmsilçisi FİFA-nın kluba tətbiq etdiyi cəzanın Arda üçün ləğv edilməsi məqsədi ilə İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət edəcək.
 
Belə ki, "Barselona" Ardanın gələn ilin yanvarınadək komandada meydana çıxması üçün bir müddət öncə FİFA-ya və İspaniya Futbol Federasiyasına (İFF) müraciət etmişdi. Yerli federasiya katalonların istəyinə müsbət cavab versə də, dünyanın ali futbol qurumu "göy-qırmızılar"a güzəştə getməmişdi.
 
Qeyd edək ki, İspaniya nəhənginə verilən transfer cəzası səbəbindən yeni oyunçular yanvar ayına kimi oyunlarda iştirak edə bilməyəcək.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp