Bu gün Azərbaycan kubokunun 2015/16 mövsümünün püşkü atıldı. Futbolinfo.az xəbər verir ki, tədbir AFFA-nın inzibati binasında təşkil olunub.
 
Belə ki, cari mövsümdə kubok uğrunda  19 komanda mübarizə aparacaq. Topaz Premyer Liqasının 10 komandası ilə yanaşı, I divizionun 9 klubu da qüvvəsini sınayacaq.
 
Bunlar Premyer Liqa klubları “Qarabağ”, “İnter”, “Qəbələ”, “Neftçi”, AZAL, “Xəzər Lənkəran”, “Sumqayıt”, “Rəvan”, “Kəpəz”, “Zirə”, həmçinin aşağı dəstə təmsilçiləri “Bakı”, “Neftçala”, “Qaradağ Lökbatan”, “Turan Tovuz”, “Şahdağ”, “Şəmkir”, “Mil Muğan”, MOİK, “Şərurspor”dur. I divizionun digər 5 komandası – “Energetik”, “Göyəzən”, “Bakılı”, “Ağsu” və “Zaqatala” isə yarışa qatılmayacaq.
 
Yarışın ilk mərhələsində – 1/16 finalda aşağı dəstənin 6 komandası 3 cüt təşkil edəcək. Qalib komandalar digər 13 komanda – Premyer Liqanın 10, I divizionun 3 komandası ilə birlikdə 1/8 final cütlərini müəyyənləşdirəcək. 1/16 final mərhələsinin qarşılaşmaları oktyabrın 14-də baş tutacaq.
 
 

1/16 final

14 oktyabr

1.  MOİK – “Turan Tovuz”

2. “Şahdağ” – “Şəmkir”

3. “Şərurspor” – “Qaradağ Lökbatan”

 

1/8 final

2 dekabr

4. “Rəvan” – “Bakı”

5. 1-ci cütün qalibi – “İnter”

6. “Qarabağ” – 2-ci cütün qalibi

7. “Neftçala” – “Sumqayıt”

8. “Xəzər Lənkəran” – “Kəpəz”

9. “Neftçi” – 3-cü cütün qalibi

10. AZAL – “Zirə”

11. “Qəbələ” – “Mil Muğan”

 

1/4 final

2 mart – 9 mart

12. 4-cü cütün qalibi – 5-ci cütün qalibi

13. 6-cı cütün qalibi – 7-ci cütün qalibi

14. 8-ci cütün qalibi – 9-cu cütün qalibi

15. 10-cu cütün qalibi – 11-ci cütün qalibi

 

1/2 final

27 aprel – 4 may

16. 12-ci cütün qalibi – 13-cü cütün qalibi

17. 14-cü cütün qalibi – 15-ci cütün qalibi

 

Final

25 may

18. 16-cı cütün qalibi – 17-ci cütün qalibi

 
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp