“İnter”in sabiq baş məşqçisi, hazırda Gürcüstan milli komandasını çalışdıran Kaxaber Sxadadzeyə hərbi çağırış vərəqəsi gəlib. Futbolinfo.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
 
Belə ki, 47 yaşlı mütəxəssis Rusiya Silahlı Qüvvələri tərəfindən orduya çağırılıb. Mənbədən bildirilir ki, çağırış vərəqəsi Sxadadzenin 2000-ci ildə Rusiyada yaşadığı evə göndərilib. Çağırış vərəqəsində Sxadadzenin Rusiyaya getməli və hərbi qeydiyyat məlumatlarını dəqiqləşdirməli olduğu bildirilir.
 
Qeyd edək ki, Gürcüstan millisi oktyabrın 8-də Cəbəllütariq yığması ilə qarşılaşacaq.
 
58756 - Futbolinfo.az
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp