Almaniya millisinin hücumçusu Lukas Podolski AÇ-2016-nın seçmə mərhələsində İrlandiya və Gürcüstanla oyunlarda iştirak edə bilməyəcək. Futbolinfo.az xəbər verir ki, bu barədə Almaniya mətbuatı məlumat yayıb. 
 
Bildirilir ki, Podolski Frankfurtdakı düşərgəyə ayağı şişmiş vəziyyətdə gəlib. Tibbi müayinədən keçirildikdən sonra ulduz futbolçu heyətdən kənarlaşdırılıb.
 
Qeyd edək ki, 30 yaşlı forvard cümə axşamı Türkiyəyə gələcək. Onun nə vaxt yaşıl meydanlara dönüşü isə müayinələrdən sonra bilinəcək.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp