İtaliya yığması Azərbaycana gələcəyi vaxt müəyyənləşib. Futbolinfo.az xəbər verir ki, AÇ-2016-nın seçmə mərhələsində millimizlə qarşılaşacaq “Skuadra Adzurra” sabah səfərə çıxacaq.
 
Bu gün 2 məşq və mətbuat konfransı nəzərdə tutan baş məşqçi Antonio Konte sabah səhər saatlarında sonuncu dəfə komandasını məşqə çıxaracaq. Heyət isə sabah günün ikinci yarısında çarter reysi ilə Bakıya yola düşəcək. Gecə saatlarında paytaxtımıza enəcək italyanlar “Hilton” otelində məskunlaşacaqlar. Ölkəmizə 44 nəfərlik nümayəndə heyəti ilə gələn italiyalılar 27 futbolçu, 17-si isə texniki heyət üzvü ilə paytaxtımıza gələcək.
 
Kontenin Bakı proqramı da məlumdu. Komanda oktyabrın 9-da Bakı vaxtı ilə saat 11:30-da ilk məşqinə çıxacaq. Axşam saat 20:30-da Bakı Olimpiya Stadionunanunda növbəti məşqin ilk 15 dəqiqəsi mətbuata açıq olacaq. Məşqdən dərhal sonra isə Antonio Konte mətbuat konfransı keçirəcək. 
 
Qeyd edək ki, Azərbaycan – İtaliya oyunu oktyabrın 10-da saat 21:00-da Bakı Olimpiya Stadionunda keçiriləcək.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp