Meksika millisinin yeni baş məşqçisi müəyyənləşib. Futbolinfo.az xəbər verir ki, "San-Paulu" klubunun baş məşqçisi Xuan Karlos Osorio bundan sonra Meksika yığmasını çalışdıracaq.
 
54 yaşlı mütəxəssis Meksika millisindən aldığı təklifdən sonra "San-Paulu" klubundan ayrılıb. Braziliya təmsilçisinin rəhbərliyi də xəbəri təsdiqləyib.
 
Qeyd edək ki, Meksika Futbol Federasiyası daha öncə Dortmund "Borussiya"sının sabiq baş məşqçisi Yurgen Kloppa təklif göndərsə də, almaniyalı mütəxəssis Amerika təmsilçisini çalışdırmaqdan imtina edib.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp