Oktyabrın 13-də Sofiyada Azərbaycan millisini qəbul edəcək Bolqarıstan yığmasının yarımmüdafiəçisi Strahil Popovun futbolinfo.az saytına müsahibəsi:
– Oktyabrın 13-də Azərbaycan milli komandası ilə üz-üzə gələcəksiniz. AÇ-2016-nın seçmə mərhələsində keçiriləcək bu oyunda hansı nəticəyə ümid edirsiz?
– Milli komandada hər oyun əhəmiyyətindən asılı olmayaraq vacibdir. Biz Avropa çempionatının final mərhələsinə getmək şansımızı itirmişik. Amma bundan sonrakı bütün oyunlarda qələbə qazanmaq istəyirik. Heç olmasa seçmə mərhələni xoş sonluqla başa çatdırmaq lazımdır.
– Maraqlıdır ki, son iki görüşdə qarşılaşacağınız rəqiblər – Xorvatiya və Azərbaycan keçən ay bir-bir ilə üz-üzə gəlmişdilər…
– Düzdü. Onsuz da, hər iki komandaya qarşı çətin olacaq.
 
– Həmin oyunu izlədiniz?
– Əlbəttə. O matça baxdıq və Azərbaycanın yaxşı nəticəyə imza atdığını gördük. Bilirsiz böyük komandalara qarşı oyunlarda qələbə qazanmaq üçün yaxşı motivasiya lazımdır. Azərbaycanlılar da xorvatiya ilə oyuna əla köklənmişdilər. Onlardan 1 xal qopara bildilər.
 
– Nəticə sürpriz olmadı?
– Mənim fikrimcə, sürpriz deyildi. Çünki Azərbaycan yığması əlindən gələnin ən yaxşısını etdi və zəhməti də öz bəhrəsini verdi. Hazırda futbolda ümumiyyətlə zəif komanda yoxdur.
 
– Amma Xorvatiya millisinin Azərbaycan və Norveçlə oyunlarda xal itirməsi baş məşqçi dəyişikliyinə səbəb oldu. Siz səfərdə onlarla qarşılaşacaqsız. Bu dəyişiklik sizing lehinizə, yoxsa əleyhinizə olacaq?
– Bir milliyə yeni baş məşqçi gələndə onlarla qarşılaşmaq həmişə çətin olur. Çünki çalışdırıcı özünü sübut etmək üçün futbolçularını daha fərqli şəkildə motivasiya edir və oyunçular daha çox can yandırır. Fikrimcə, bu matç da bizim üçün olduqca çətin olacaq.
 
– Seçmə mərhələnin ilk oyununda millimizi Bakıda məğlub etmişdiz. Həmin oyunu xatırlayırsız?
– Əlbəttə. Bakıdan 3 xalla dönmək sevindirici idi. Çünki seçmə mərhələ təzə başlamışdı və biz şanslarımızı qoruyurduq. 
 
– Hazırda eyni nəticəni göstərmək haqqında düşünürsüz?
– Əlbəttə. Amma çox çətin olacaq. 
 
– Azərbaycan millisində o vaxtdan bu vaxta qədər nə dəyişib?
– Deyə bilmərəm ki, ciddi nəsə dəyişib. Sadəcə Berti Foqtsu Robert Prosineçki əvəzləyib. Seçmə mərhələnin son oyununda biz qələbə qazanmaq istəyirik. Bizim üçün rəqibin necə oynamasının onsuz da önəmi yoxdur. Sadəcə qələbə istəyirik. Çünki bu qələbə bizim azarkeşlərimizə də yaxşı təsir edəcək.
 
– Robert Prosineçkini necə tanıyırsan?
– Əlbəttə. Çox yaxşı tanıyıram.
 
– Komandanızın baş məşqçisi İvaylo Petev bildirib ki, son 2 oyunda gənclərə şans verəcəm. Bu qələbə arzunuzu ürəyinizdə qoya bilər…
– Bu çox yaxşı qərardır. Çünki heyətdə çox istedadlı gənc oyunçular var. İvaylo Petev ən azından son iki oyunda onların təcrübəsini artırmasına yardımçı olacaq. Məhz bu növbəti tskildə bizə kömək olacaq.
 
– Milli komandamızdan hansı futbolçunu tanıyırsız və ondan ehtiyalı olmağa çalışacaqsız?
– Heç kimi. Sadəcə bilirəm ki, “Qarabağ” və “Qəbələ” Avropa Liqasının qrup mərhələsində çıxış edir. Millinizin də əksər futbolçuları bu 2 klubun üzvləridir. Ona görə də ehtiyatlı olmalıyıq və çox çətin olacağını bilirik.
 
AĞA
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp