"Real"ın futbolçusu Xames Rodriqes zədələnib. Futboolinfo.az xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb.
 
Belə ki, sol dizindən zədə alan 24 yaşlı yarımmüdafiəçinin iki həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilib.
 
Qeyd edək ki, Rodriqes Kolumbiya millisində Peru və Uruqvayla görüşləri, həmçinin İspaniya La Liqasında  "Levante" ilə oyunu buraxmalı olacaq.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp