Bu gün Azərbaycan kubokunun 2015/16 mövsümünün püşkü atılıb. Futbolinfo.az xəbər verir ki, AFFA-nın inzibati binasında təşkil olunmuş tədbirdə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev jurnalistlərin suallarını cavablandırıb.
 
– Bu gün püşkatma mәrasiminә görә hәr birinizi tәbrik edirәm. Arzu edirәm ki, layiq olan komanda qalib olsun. Çalışacağıq ki, әdalәti qoruyaq. Bәzәn sәhvlәr olur. Onları rәhbәrlәrin boynuna yıxırlar. Çalışacağıq ki, problem olmasın. Keçәn mövsüm final oyununda problem yaşanmadı. İstәyirik ki, bu il dә elә olsun. Bәzәn deyirlәr ki, hakimlәr tapşırıqla işlәyir. Bunlar yalandır. Hakim dә insandır, o da səhv edә bilәr. 3 gün öncә hakimlәrlә görüşdük, söhbәt etdik. Hәr bir hakim epizod haqqında fikrini bildirdi. Hakimlәr hәrәsi bir fikir bildirdi. Amma qәrar bir dәnә olmalıdır. Әksәriyyәtiniz futbol oynamısız vә bilirsiz ki, hakim ani qәrar vermәlidir. Biz isә montior arxasında oturub baxırıq. Mәn hakimlәrә bәraәt qazandırmıram. Çalışırıq ki, yaxşı olsun. Hadisә olanda onu başqa yerә yönәltmәk lazım deyil. Heç bir hakim oyuna tapşırıqla getmir. Yeni rәhbәrlikdәn sonra ümumiyyәtlә, belә şey olmayıb. Gәlin olmayan şeyi danışmayaq. Bәzәn klub rәhbәri zәng vurur ki, Ramin müәllim, filan komandanı qabağa çәkirlәr. Adamın gülmәyi gәlir. "Qarabağ"a kömәk edildiyi deyilir. O gün verilişdә ancaq hakimlikdәn danışdılar. Әgәr yaxşı mütәxәssissәn, oyundan, futbolçudan danış. Hakimin sәhv etdiyini hamı bilir. Bunu şişirtmәk lazım deyil. Bütün klublar burdadır. Hazırda fasilәdir, vaxt var. Oyunçuları yığın söhbәt edin. Sual verin futboldan. Yersiz vәrәqәlәr alınır. Bunun bizә xeyri olsa da, lazım deyil belә pul.
 
– Azәrbaycan kubokuna sponsor tapılmadı?
–  Axtarmadıq. Ehtiyac yox idi.
 
–  Kubokun yayımını kim tәşkil edәcәk?
–  Yәqin ki, "CBC Sport" kanalı olacaq. Çünki hәr kәs bu yayımdan razıdır.
 
–  Bir dәfә demişdiz ki, nә zaman istәsәz, Xaqani Mәmmәdova hәr zaman sual verә bilәrsiz. Amma onu tapa bilmirik…
– Sözü demişәm, üstündә durmağa hazıram. İstәyirsiz çağırım, burda sual verin.
– "İnter" – "Qarabağ" oyunundakı epizod penaltidir?
– Biz hakimlәrlә dә danışdıq vә bәzilәri penaltidir dedi, bәzilәri yox. Mәnim fikrimcә, penaltidir. Qurban Qurbanov da “50-50-yәdi” deyir. Qurban Qurbanovun hәrәkәtinә gәlincә, özünә hörmәt edәn adam onu yaxşı qarşılayar. Bu, dikbaşlıq deyil. Qurban Qurbanovla biz ailәvi dostuq. Onun uşaqları mәnә “baba” deyir. Babaları rәhmәtә gedib, amma deyirlәr "bizim Ramin babamız var". "Tottenhem" – "Qarabağ" oyununda rәqib 3-cü qolu vurarkәn orda qayda pozuntusu var idi. Mәn hәmin epizodda hakimi söydüm. Vaxt olub ki, hakimә tapşırıq veriblәr ki, oyunda bunu et. Mәn "Neftçi"dә işlәyәrkәn Tovuzda başımıza nә oyun açdılar? Keçmiş AFFA rәhbәrliyi tapşırıq vermişdi ki, "Turan"ı çempion edin. Qurban Qurbanov yaxşı futbolçu olub, yaxşı da mәşqçidir. O din adamıdır. Hәmişә "İnşallah", "Maşallah"la danışır. Biz onunla işdәn kәnar görüşdük. Soruşdum ki, "Qurban, bunu niyә etdin". Cavabı belә oldu ki, "hakim gәnc hakimdir. İstәmәdim problem olsun". Gәncәdә "Kәpәz"lә oyunda "Qarabağ"ın lehinә 2 penalti verilmişdi. Hәr ikisini "Qarabağ" qol vurmuşdu.
– Azәrbaycanda futbola maraq azdır…
– Siz belә deyirsiz deyә azdır.
– "Qәbәlә" – "Xәzәr Lәnkәran" matçı maraqlı olsa da, 1000 azarkeş gәlmişdi…
– Heç o yağışda çoban itini çölә buraxmır.
ELMAR ABDULLA-ZADƏ
 
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp