AÇ-2016-nın seçmə mərhələsi çərçivəsnidə keçiriləcək Azərbaycan – İtaliya oyununu Rusiyanın "NTV Plyus" telekanalında canlı yayımlanacaq. Futbolinfo.az xəbər verir ki, artıq görüşün şərhçisi də müəyyənləşib.
 
Belə ki, qarşılaşma "NTV Futbol 2"də İtaliya çempionatının oyunlarını şərh edən erməni Nobel Arustamyana həvalə olunub. Maraqlıdı ki, adıçəkilən telekanalında həmyerlimiz Elvin Kərimov çalışsa da, İtaliya yığması ilə oyunu şərh etmək erməni Arustamyana tapşırılıb.
 
Əlavə edək ki, Kərimov Avropa Liqasındakı Azərbaycan komandalarının iştirakı ilə keçirilən oyunları şərh edir.
 
Qeyd edək ki, Azərbaycan – İtaliya oyunu oktyabr  10-da saat 21:00-da Bakı Olimpiya Stadionunda keçiriləcək.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp