Avropa Çempionatı 2016-nın seçmə qrup mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan – İtaliya görüşünü tribunalardan 1500 italyan azarkeş də izləyəcək. Futbolinfo.az xəbər verir ki, İtaliya Futbol Federasiyası AFFA-dan məhz bu sayda bilet istəyib.
 
Hazırda “H” qrupuna başçılıq edən yığmanın oyununu işıqlandırmağa “çəkmə ölkəsi”ndən 25 KİV təmsilçisi də gələcək.
 
Qeyd edək ki, Azərbaycan – İtaliya oyunu oktyabrın 10-da, saat 21:00-da start götürəcək. Qarşılaşma Bakı Olimpiya stadıonunda baş tutacaq.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp