CBC telekanalının Topaz Premyer Liqasının yayım hüququnu əldə etməsindən sonra videogörüntüləri pulla satacağı barədə xəbər hələ də müzakirə obyektidi. Vəziyyətin nə yerdə olduğunu aydınlaşdırmaq üçün telekanalın İdman Departamentinin rəhbəri Şəmsəddin Abbasovla əlaqə saxladıq. Futbolinfo.az saytına verdiyi açıqlamada, həmkarımız bir çox məqamlara aydınlıq gətirdi.
 
Yayım hüququnu əldə edərkən, CBC 700 min manatlıq müqaviləyə imza atmışdı. Görəsən kanal bu vəsaiti ödəyibmi? Abbasovun cavabı lakonik və birmənalı oldu: “Əlbəttə ödəmişik”!
 
Daha sonra telekanalların videogörüntüləri əldə etməsi ilə bağlı sualı cavablandıran Şəmsəddin bəy, həm də perspektivdən danışdı: “Bugünədək bizə heç bir rəsmi müraciət olunmayıb. Bilirik ki, bəziləri kanalımızın çəkilişindən yararlanır. Hazırda başımız xeyli qarışıq olsa da, bütün hadisələri diqqət mərkəzində saxlayırıq və adekvat addımlar atacağıq”.
 
CBC rəsmisi ilə daha bir məqama aydınlıq gətirdik. Söhbət telekanallarının hazırda lazımi avandıqla təhciz olunmadığı üçün, digər televiziyalara videogörüntüləri təqdim edə bilməməsindən gedir. Ancaq aydın oldu ki, bu, şayidən başqa bir şey deyil: “Əgər dediyiniz kimi olsaydı, özümüz idman dəqiqələri zamanı çempionat oyunlarının videogörüntülərini necə hazırlayıb, təqdim edə bilərdik? Bir daha vurğulayıram ki, bununla bağlı bizə heç bir rəsmi müraciət olunmayıb. Olunsa, heç bir problemsiz lazımi çarxları təqdim edə bilərik”.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp