"Barselona" və Türkiyə millisinin yarımmüdafiəçisi Arda Turan yığmanın AÇ-2016-ya vəsiqə qazanmaq şansını dəyərləndirib. Futbolinfo.az xəbər verir ki, bu barədə qardaş ölkə mətbuatı məlumat yayıb.
 
28 yaşlı futbolçu əllərinə düşən imkandan yararlanmalı olduqlarını bildirib: “Mən yalnız AÇ-2008-də oynamışam. Artıq 28 yaşım var. Ayağımıza gələn bu fürsəti dəyərləndirməliyik. Bu oyunlar çox önəmlidi. Mənim üçün, bizim üçün, ölkə üçün… Əgər meydana çıxarsam sona qədər mübarizə aparacağam”.
 
Bildirək ki, “ay-ulduzlular” AÇ-2016-nın seçmə mərhələsində oktyabrın 10-da səfərdə Çexiya, 13-də isə evdə İslandiyayla qarşılaşacaq. 
 
Qeyd edək ki, Türkiyə yığması hazırda A qrupunda 12 xalla 3-cü pillədə qərarlaşıb.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp