“Barselona”nın hücumçusu Neymar komandadan ayrıla bilər. Futbolinfo.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.
 
Belə ki, braziliyalı futbolçu klubu ilə yeni müqavilə imzalamaqdan imtina edib. Son vaxtlar adı “Mançester Yunayted”lə birgə hallanan Neymarı kataloniyalılar buraxmaq istəmirlər. Lakin 23 yaşlı futbolçu 2018-ci ildə bitəcək müqaviləni uzatmağa tələsmir.
 
Qeyd edək ki, Neymar 2013-cü ildə Braziliyanın “Santos” klubundan İspaniya nəhənginə transfer olunub.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp