Dortmund “Borussiya”sı braziliyalı hücumçusu Aleşandre Patonu transfer edə bilər. Futbolinfo.az xəbər verir ki, hazırda ölkəsində icarə əsasında “Sao-Paulo” klubunun şərəfini qoruyan 26 yaşlı forvard Bundesliqa yolundadı.
 
Belə ki, dortmundlular artıq futbolçunun müqavilə ilə məxsus olduğu “Korintians” klubu ilə danışıqlara başlayıblar. Razılaşma əldə olunsa, Pato qış fasiləsində “Borussiya”ya transfer olunacaq.
 
Qeyd edək ki, “Borussiya” Avropa Liqasının qrup mərhələsində “Qəbələ” ilə eyni qrupda çıxış edir.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp