Milli komandaların oyunları ilə əlaqədar olaraq yaranmış fasilədən AZAL və “Zirə” komandaları yoxlama görüşü keçirmək üçün istifadə edəcəklər.
Futbolinfo.az saytının məlumatına görə, ilk 7 turda məğlubiyyət üzü görməyən “Zirə” AZAL-ı 10 oktyabrda qəbul edəcək. Qarşılaşma saat 18:00-da başlanacaq.
Qeyd edək ki, həmin gün Azərbaycan – İtaliya matçı da olacaq.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp