“İnter”in heyətində uğurlar qazandıqdan sonra vətəni Gürcüstana qayıdan baş məşqçi Kaxaber Sxadadze xoşbəxt görünür. Futbolinfo.az xəbər verir ki, Gürcüstanın 1 nömrəli komandasına rəhbərlik edən Kaxa mehriban kollektiv formalaşdıra bilib. 
 
Belə ki, onunla futbolçular arasında gözəl ünsiyyət yaranıb. İş o həddə çatıb ki, Azərbaycanda sadəcə, hakim səhvlərinə və ya jurnalist yazılarına kinayə ilə sadəcə dodağını qaçıran gürcü mütəxəssis indi qəhqəhə ilə gülə də bilir. 
 
Bunu Gürcüstan millisinin üzvü Valeri Kazaişvilinin paylaşdığı və geniş müzakirəyə səbəb olan şəkildən də görmək olar.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp