“Barselona” “Qatar Airways”la yeni sponsorluq müqaviləsi imzalayıb. Futbolinfo.az xəbər verir ki, bu barədə klubun rəsmi saytından məlumat yayılıb.
 
Belə ki, 2016-cı ilə qədər olan müqavilə 2020-ci ilə kimi uzadılıb. 4 illik saziş müqabilində aviaşirkət İspaniya nəhənginə 290 milyon avro ödəyəcək.
 
Qeyd edək ki, “Qatar Airways” 2013-cü ildən İspaniya nəhənginin baş sponsorudu. 
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp