Oktyabrın 10-da Bakıda Azərbaycan yığmasının qonağı olacaq İtaliya millisinin hücumçusu Stepan Əl-Şəravi qarşılaşma öncəsi fikirlərini bildirib. Futbolinfo.az xəbər verir ki, futbolçu Bakıdan qələbə ilə qayıtmaq istədiklərini deyib.
 
Əl-Şəravi Azərbaycanla matç üçün müxtəlif taktikalar üzərində işlədiklərini də qeyd edib: “Səfərdə heç vaxt asan olmur. Azərbaycanla görüşün əhəmiyyətini də hər kəs bilir. Bu qələbə bizi Avropa çempionatını final mərhələsinə lap yaxınlaşdıracaq. Həqiqətən oyuna çox yaxşı hazırlaşmışıq. Müxtəlif taktikalar üzərində işləmişik. Mən hesab edirəm ki, hər bir futbolçu oyunun vacibliyi bilir. Evə qələbə ilə qayıda bilərik”.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp