“Xəzər Lənkəran”dakı maliyyə durumu, yumşaq desək, ürəkaçan deyil. Redaksiyamıza 5 aydı ki, klubda maaşşların verilməməsi barədə informasiya daxil olub. Məsələyə rəsmi münasibət öyrənmək üçün cənubluların mətbuat xidmətinin də mövqeyinə zərarurət duyduq.
 
Futbolinfo.az saytına verdiyi açıqlamada Hüseyn Cəbrayıloğlu xəbərimizi qismən təsdiqlədi: “Maaşlarda gecikmələr olur. Ancaq bu, 5 ayla ölçülmür. Məsələn, “Neftçi”ylə oyundan sonra və “Rəvan”la matçdan öncə komandanın maaşları verilib. Təqribən iki ayadək gecikmə var”.
 
Maraqlıdı, bəs klub prezidenti Mais Mənsimov necə, onun maaşı vaxtı-vaxtında verilir? Cəbrayıloğlu idarə heyətinin maaşlarının komandayla eyni vaxtda verilmədiyini bildirdi. O, burda da yubanma olduğunu dilə gətirdi: “İdarə heyətinin maaşları təqribən 1 ay gecikir”.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp