Xəbər verdiyimiz kimi, bu gün futbol üzrə Azərbaycan Kubokunun 2015/2016-cı illər mövsümünün püşkatma mərasimi keçirildi. 1/16 final mərhələsində, eləcə də 1/8 final mərhələsində qalib 1 oyunun nəticəsinə görə müəyyənləşəcək.
 
Amma bu 1 oyuna da ev sahibliyi etmək istəyən var. Bizdə olan məlumata görə, “Neftçala” dekabrın 2-də keçiriləcək oyunu öz stadionunda keçirməkdə maraqlı deyil. Klub stadionun ot örtüyünün yaxşı vəziyyətdə olmayacağını indidən təxmin edir və digər variantlar axtarmağa başlayıb.
 
Görüşün Sumqayıtda keçirilməsi də variantlar arasındadır.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp