"Qalatasaray" mövsümün sonunda iki futbolçusu ilə yolları ayıracaq. Futbolinfo.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
 
Bildirilir ki, komanda ilə müqaviləsi bitəcək dörd futbolçudan ikisinin sözləşməsi yenilənəcək, digər ikisi isə göndəriləcək. Müdafiəçi Hakan Balta və yarımmüdafiəçi Emre Çolakla müqavilələrin uzadılması ilə bağlı razılıq əldə olunub. 
 
Son vaxtlar əsas heyətə düşməkdə çətinlik çəkən Hamit Altıntop və Umut Bulutun isə müqaviləsi yenilənməyəcək.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp