İngiltərə millisinin aparıcı üzvü Ueyn Runi yenidən zədələnib. Futbolinfo.az xəbər verir ki, o, komandasının bugünki məşqində iştirak edə bilməyib.
 
Britaniya mətbuatının verdiyi məlumata görə,  Runinin zədəsinin ciddi olub-olmadığı hələlik müəyyənləşməyib. Futbolçu bir müddət öncə də 2 həftəlik sıradan çıxmışdı.
 
Qeyd edək ki, İngiltərə millisi AÇ-2016-nın seçmə mərhələsində oktyabrın 9-a Estoniya, oktyabrın 12-i isə Litva ilə qarşılaşacaq.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp