Bu gün “Sumqayıt”ın Müşahidə Şurasının iclası keçiriləcək. Gündəmdə dayanan əsas məsələ baş məşqçi məsələsinə aydınlıq gətirilməsidi. Bu barədə futbolinfo.az saytına klubun mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədov məlumat verib.
O, Gəncədə “Kəpəz”dən alınan 1:3 hesablı məğlubiyyətdən sonra baş məşqçi Aqil Məmmədovun istefa ərizəsini təqdim etdiyini bildirdi: “Sumqayıta qayıdan kimi, baş məşqçi istefa ərizəsi ilə rəhbərliyə müraciət edib. Bu gün saat 15:00-da Müşahidə Şurasının iclasında Məmmədovun taleyinə aydınlıq gələcək. Ancaq o, fikrində israrlıdı.  Əgər istefa qəbul olunsa, bu vəzifəyə kimin təyin olunacağına da yəqin ki, elə həmin toplantıda aydınlıq gələcək”.
Qeyd edək ki, Aqil Məmmədovun istefa verməsi barədə xəbəri ilk olaraq, rekord.az saytı yayıb.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp