Donetsk “Metallurq”unun sabiq vitse-prezidenti Dimtriy Selyuk yerli mətbuata maraqlı müsahibə verib. Futbolinfo.az xəbər verir ki, o bildirib ki, Avropada heç kimə lazım olmayan ukraynalı futbolçular Azərbaycana gedir.
Selyuk həmçinin ukrayna futbolunun səviyyəsinin hazırda düşdüyünü bildirib: “Legionerlər bizə nə verirlər? Milliyə futbolçu verirlər? 2006-cı il dünya çempionatının seçmə mərhələsindən sonra ukraynalı futbolçulara tələbat artmağa başladı. Lakin limitə görə futbolçular başqa ölkələrə gedə bilmirdi. Həmin illərdə yerli klublar futbolçuları oğurlamağa başladılar. Böyük maaşlar təklif edirdilər. İndi də bizim futbolçular Avropada lazım olmadıqları üçün Azərbaycana və Qazaxıstana gedirlər”.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp