Milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilədən istifadə edən “Rəvan”  “İnter”in əvəzediciləri ilə bu dəqiqələrdə “Bayıl Arena”da yoxlama matçında üz-üzə gəlir. Futbolinfo.az xəbər verir ki, bu, "sarı-qırmızılar"ın fasilə müddətində yeganə matçı olmayacaq.
Klubun mətbuat xidmətindən aldığımız məlumata görə “aslanlar” növbəti sınaq matçına ayın 10-da çıxacaq. Emin Quliyevin komandasının budəfəki rəqibi “Neftçi” olacaq. Görüş İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda baş tutacaq. 
Bundan başqa, Quliyev 2 futbolçu ilə yollarını ayırmağı düşünür. Bunlar Samuel Barlay və Alibobo Rahmatullayevdi. Adıçəkilən futbolçuların oyunu baş məşqçi Emin Quliyevi razı salmayıb.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp